Tramp: ABŞ hədəflərinə hücum edilərsə, İran görünməmiş zərbələrlə üzləşəcək

İran ABŞ-ın hərbi və ya kommersiya obyektlərinə hücum edərsə, Vaşinqton respublikaya qarşı görünməmiş hücumlar edəcək.

ABŞ prezidenti Donald Tramp bu barədə bildirib.

"Əgər onlar (İran - red.) bunu etsələr, biz onları əvvəllər heç vaxt təcrübə etmədikləri bir qüvvə ilə vuracağıq və onlar buna inanmayacaqlar belə", - deyə o, jurnalistlərə bildirib.

Tramp əlavə edib ki, onun administrasiyası, xüsusən də ölkə daxilində etirazçılara qarşı zorakılıq xəbərləri fonunda İrana qarşı bir sıra "çox güclü" hərbi variantları nəzərdən keçirir.

Mövsüm,

AzNews.az