- Qərb
- 11:09
- 1 181
ABŞ Venesuela neftinin ilk partiyasını bu qiymətə satdı
ABŞ müsadirə etdiyi Venesuela neftinin ilk partiyasını 500 milyon dollar məbləğində satıb.
Aznews.az xəbər verir ki, bu barədə "Semafor" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, neft satışından əldə edilən gəlir ABŞ-ın nəzarətində olan bank hesablarında saxlanılır və bu hesabların əsas mərkəzi Qətərdədir.
Portala danışan adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə görə, Qətər Vaşinqton üçün neytral maliyyə platforması hesab olunur və bu da vəsaitlərin təhlükəsiz şəkildə köçürülməsi və saxlanmasına, onların mümkün müsadirə riskindən qorunmasına imkan verir.
Aznews.az