- Qərb
- 15:31
- 1 186
ABŞ: Tramp üçün İranla bağlı bütün variantlar hələ də masadadır
İranda hökumət əleyhinə etirazlar davam etdikcə, ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı fərziyyələr də davam edir.
Ağ Evin sözçüsü Karolin Livit jurnalistlərə bildirib ki, Prezident Donald Tramp İran rejiminə xəbərdarlıq edib və deyib: " Prezident rejimə etirazçıların öldürülməsi davam edərsə, ağır nəticələrə səbəb olacağını çatdırıb"
Livit qeyd edib ki, Tehran administrasiyası edamların dayandırılması qərarı barədə ABŞ tərəfini məlumatlandırıb və nəticədə əvvəlki gün üçün planlaşdırılan 800 edam dayandırılıb.
Livit deyib: " Prezident və onun komandası prosesi yaxından izləyir. Prezident üçün bütün variantlar hələ də müzakirə olunur".
Mövsüm,
AzNews.az