- Qərb
- 16:13
- 885
Fransada fermerlərin etirazı sərtləşdi: hökumət binalarına peyin töküldü
Avropa Birliyi ilə Cənub Ortak Bazarı (MERCOSUR) arasında planlaşdırılan azad ticarət sazişinə qarşı çıxan fransız fermerlərin etiraz aksiyaları davam edir.
Öncə ölkənin dörd bir yanından traktorları ilə paytaxt Parisə gələn və daha sonra Milli Assambleyanın qarşısına onlarla ton kartof tökən fermerlər bu dəfə etirazlarını bir addım da irəli aparıblar.
HÖKUMƏT BİNALARINA PEYİN TÖKÜLDÜ
Nəqliyyat vasitələrini hökumət binalarının qarşısında saxlayan fermerlər yerə peyin töküb, xortumlarla binaların üzərinə peyin səpiblər.
Bəzi fermerlər isə yolları peyin yığınları ilə bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər.
Fermerlərin prezident Emmanuel Makronun Le Touquet şəhərində yerləşən evinin qarşısına peyin tökdüyü və bunun fotolarının çəkildiyi bildirilib.
Kameralara düşən görüntülərdə fermerlərdən birinin yolu bağlayan polis avtomobillərinin üzərinə nəqliyyat vasitəsindən peyin səpdiyi də əks olunub.
Fermerlər Cənubi Amerikadan idxal olunan ucuz şəkərlə rəqabət apara bilməyəcəklərini və bu sazişin yerli kənd təsərrüfatını təhdid etdiyini bildirərək etiraz aksiyalarını davam etdirirlər.
Mövsüm,
AzNews.az