- Qərb
- 21:44
- 1 848
Tramp Qrenlandiya üçün Avropa ölkələrini hədələdi
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra gərginlik yüksək olaraq qalır.
Tramp bu gün Ağ Evdə mətbuat konfransı keçirib və yeni açıqlamalar verib.
Qrenlandiyanı ələ keçirməkdə israrlı olduğunu təkrarlayan Tramp bu dəfə Avropa ölkələrini hədəfə alıb.
Tramp Fransa prezidenti Emmanuel Makronla keçmişdə keçirdiyi görüşə istinad edib.
ABŞ prezidenti görüş zamanı Fransanı dərman qiymətlərini artırmaq üçün hərtərəfli 25% tarif tətbiq etməklə hədələdiyini xatırlatdı.
Tramp deyib:
"Mən bunu Qrenlandiya üçün də edə bilərəm, Qrenlandiya ilə bağlı bizimlə razılaşmayan ölkələrə də tariflər tətbiq edə bilərəm. Çünki milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var”, - deyə o bildirib.
Mövsüm,
AzNews.az