• Qərb
  • 19 Yanvar 22:20
  •  1 228

Bolqarıstan prezidenti Rumen Radev istefa verib

Bolqarıstan prezidenti Rumen Radev televiziya ilə xalqa müraciətində istefa verdiyini açıqlayıb.

2027-ci ilin yanvar ayına qədər davam etməsi gözlənilən səlahiyyət müddətini vaxtından əvvəl bitirmək qərarına gələn Radev, çərşənbə axşamı Konstitusiya Məhkəməsinə istefa ərizəsini təqdim edəcəyini açıqladı.

Əgər Konstitusiya Məhkəməsi istefanı təsdiqləsə, Bolqarıstan Prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident İliana İokova icra edəcək.

Bu müvəqqəti təyinat ölkədə noyabr ayında keçirilməsi planlaşdırılan prezident seçkilərinə qədər qüvvədə qalacaq.

Mövsüm,

AzNews.az