ABŞ maliyyə naziri: Avropa bürokratiya bataqlığına çevrilib

ABŞ-ın maliyyə naziri Skott Bessent yanvarın 21-də bildirib ki, süni standartlar, həddindən artıq qaydalar və bürokratiya Avropanı iqtisadi artımı ləngidən “tənzimləmə bataqlığına” çevirib.

“Gəlin açıq danışaq: Avropa bürokratiya və iqtisadi fəallığı, eləcə də iqtisadi artımı məhdudlaşdıran saysız-hesabsız qaydalar üzərində qurulmuş bir tənzimləmə bataqlığıdır”, — deyə Bessent Davosda keçirilən Dünya İqtisadi Forumunun kuluarlarında bildirib.

O vurğulayıb ki, Avropa ölkələri həm Avropa daxilindəki, həm də xarici ticarətdə mövcud olan ticarət maneələrini aradan qaldırmalıdır.

Mövsüm,

AzNews.az