- Qərb
- 18:39
- 1 495
Zelenski: Paytaxtın demək olar ki, 60%-i elektriksiz qalıb
Rusiya və Ukrayna arasındakı müharibə uzun illərdir davam edir…
Minlərlə insanın həyatını itirdiyi savaşda hələ tərəflər arasında razılaşma əldə olunmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından paylaşım edərək, son dövrlərdəki Rusiya hava hücumları səbəbindən ölkədə yaşanan enerji problemləri ilə bağlı qiymətləndirmələrini bölüşüb.
Su, elektrik və istilik problemlərinin aradan qaldırılması üçün hökumət rəsmiləri ilə görüşdüyünü bildirən Zelenski, ən ağır vəziyyətin Kiyev, Xarkov, Sumi, Çerniqiv və Dnipro bölgələrində olduğunu qeyd edib.
Kiyevdəki işlərin daha effektiv aparılmalı olduğunu vurğulayan Zelenski bildirib :
“Bu səhərədək Kiyevdə təxminən 4 min evdə hələ istilik yoxdur. Paytaxtın demək olar ki, 60 faizi elektriksizdir. Bələdiyyədən gələn hesabatlara görə, əlaqədar qruplar kifayət qədərdir, amma zamana ehtiyac var. Mən bu qiymətləndirməyə qoşulmuram, əlavə tədbirlər və resurslar lazımdır.”
Mövsüm,
AzNews.az