Avropa Birliyi SEPAH-ı terrorçu elan etdi

Avropa Birliyi İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil edib.

AzNews.az xəbər verir ki, Avropa Birliyi (AB) İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatları siyahısına salıb. Qərar barədə AB-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas məlumat verib.

Kallas sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, zorakılıq və repressiyalar cəzasız qala bilməz. Onun sözlərinə görə, AB-yə üzv ölkələrin xarici işlər nazirləri İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq barədə razılığa gəliblər.

AB rəsmisi bu addımı qətiyyətli və prinsipial qərar adlandıraraq vurğulayıb ki, öz xalqından minlərlə insanı öldürən istənilən rejim əslində öz sonunu hazırlayır.

AzNews.az