Belçikada ağır cinayətlərdə təqsirli bilinənlər vətəndaşlıqdan məhrum ediləcək

Belçikada ağır cinayətlərdə təqsirli bilinənlər vətəndaşlıqdan məhrum edilə bilərlər.

Milli mətbuatda yer alan xəbərlərə görə, yeni qaydalara əsasən, məhkəmələr, xüsusilə ikili vətəndaşlığı olan şəxslərin qətl, cinsi təcavüz və mütəşəkkil cinayətkarlıq kimi ağır cinayətlərə görə məhkum edilməsi hallarında vətəndaşlığın ləğvi variantını nəzərdən keçirməyə borclu olacaqlar.

Hakimlər bu istiqamətdə qərar verməsələr, əsaslandırılmış qərar yazmalı olacaqlar.

Əvvəllər yalnız terrorizm, insan alveri və dövlət təhlükəsizliyinə qarşı cinayətlər kimi məhdud sahələrdə tətbiq edilən vətəndaşlığı ləğv etmək səlahiyyəti yeni qanun çərçivəsində genişləndirilib.

Qanun layihəsi bu gün qüvvəyə mindiyindən, onun necə tətbiq olunacağı məhkəmə qərarları ilə aydınlaşdırılacaq..

Mövsüm,

AzNews.az