- Qərb
- 21 Mart 22:40
- 912
CENTCOM açıqladı: II Dünya müharibəsindən sonra ilk dəfədir ki...
ABŞ Mərkəzi Komandanlığı (United States Central Command – CENTCOM) İrana qarşı həyata keçirilən əməliyyatlarla bağlı yeni açıqlama yayıb.
Məlumata görə, əməliyyatların başlanmasından bu yana 130 İran gəmisini də əhatə edən 8000-dən çox hərbi hədəfə zərbələr endirilib. Qurum bu göstəricinin son üç həftə ərzində qeydə alınan genişmiqyaslı hərbi fəaliyyətlərdən biri olduğunu qeyd edib. Bununla yanaşı, itkilərlə bağlı konkret rəqəmlər açıqlanmayıb.
CENTCOM rəsmisi kimi təqdim olunan Kuper bildirib ki, iki gün əvvəl həyata keçirilən hücum quru qoşunlarının döyüş tarixində ən uzun mənzilli artilleriya zərbələrindən biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, İranın hərbi infrastrukturu dəqiq idarə olunan raketlərlə hədəf alınıb: "Bu, İkinci Dünya Müharibəsindən bəri üç həftəlik dövrdə bir donanmanın ən böyük məhv edilməsidir".
Açıqlamada qeyd olunur ki, son üç həftə ərzində İranın raket, pilotsuz uçuş aparatları və dəniz imkanlarının bir hissəsi sıradan çıxarılıb. Həmçinin beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə təsir göstərə biləcək hərbi vasitələrin zərərsizləşdirildiyi vurğulanır.
CENTCOM Yaxın Şərqdə geniş hava hücumundan müdafiə sisteminin qurulduğunu və regional tərəfdaşlarla əməkdaşlığın davam etdiyini bildirib. Qurumun məlumatına görə, xüsusilə Körfəz ölkələri pilotsuz uçuş aparatları ilə hücumların qarşısının alınmasında iştirak edib.
Bildirilib ki, Hörmüz boğazı və ətrafında həyata keçirilən əməliyyatlar nəticəsində bölgədə gəmiçilik təhlükəsizliyinə təsir edən bəzi hərbi imkanlar zəiflədilib.
AzNews.az