Trampın qərarı Alman avtomobil sektorunu sarsıtdı

ABŞ prezidenti Donald Tramp Avropa avtomobillərinə tətbiq olunan gömrük rüsumlarını 15%-dən 25%-ə qaldırdıqdan sonra Alman avtomobil şirkətlərinin səhmləri ucuzlaşıb.

Reuters agentliyinin məlumatına görə, “Porsche”, “BMW”, “Mercedes-Benz”, “Volkswagen”, “Traton” və “Daimler Truck” şirkətlərinin səhmləri təxminən 0,4% azalıb.

Qeyd olunur ki, bu qərar son illərdə onsuz da çətinlik yaşayan Alman avtomobil sənayesi üçün ciddi zərbə kimi qiymətləndirilir.