"Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır". "Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır".

Prezident sosial paketi açıqladı: vətəndaşın rifahına göz dikənlərə CAVAB

"Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır".

Son günlər dövlətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi planlı addımları öz adına çıxmağa cəhd edən və birmənalı şəkildə xalqın rifahını siyasi qazanca çevirməyə çalışan Əli Kərimli və dəstəsinin son ümid kimi seçdiyi bu taktika növbəti dəfə zərbə aldı. Lakin bu dəfəki zərbə daha ağır və tutarlı oldu.

“Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Yəni, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq”.

Bu barədə Prezident İlham Əliyev keçirdiyi sosial və iqtisadi məsələlərlə bağlı müşavirədə çıxışı zamanı danışdı və 2019-cu il üçün nəzərdə tutulan sosial paketi açıqladı. Və bir daha məlum oldu ki, dövlət vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi üçün uzun müddətdir planlı şəkildə addımlar atır.

– Prezident İlham Əliyev ötən il keçirilən prezident seçkilərindən sonra şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi ilə bağlı fərman imzaladı və bu il 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi prosesinə başlandı, ilin sonuna kimi bu proqram tam həyata keçiriləcək. Bununla yanaşı, şəhid ailələrinin müraciətini nəzərə alan dövlət başçısı verilən aylıq müavinətləri 242 manatdan 300 manata qədər artırdı. Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlər də 220 manatdan 300 manata qədər artırıldı.

– Minimum əməkhaqqı 38 faiz artırıldı və 180 manat həcmində müəyyənləşdirildi. Bu artım 600 min insana əhatə edir.

– 38 faizlik artım minimum pensiyalara da şamil edildi və 116 manatdan 160 manata yüksəldildi. Bu artım 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq.

– Prezident İlham Əliyevin fərmanı ilə uzun illərdir mövcud olan daha bir problemin – çoxmənzilli minaların sənədləşdirilməsi – aradan qaldırılması prosesinə start verildi.

– Tələbələrin təqaüdləri 14-25 faiz həcmində artırıldı və bu artımdan 110 min tələbə yararlana biləcək.

Bütün bunlar təkcə son günlər həyata keçirilən işlərdir. Prezident İlham Əliyevin xalqla ənənəvi görüşləri və birbaşa təmaslar qurması, problemləri yerində dinləyib həlli ilə bağlı göstərişlər verməsi, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipinə sadiqliyi ölkədə müsbət atmosfer yaradıb. Atılan addımlar vətəndaşların sosial təminatını yaxşılaşdırmaqla yanaşı, ölkədə vətəndaş-dövlət həmrəyliyini möhkəmləndirir və mövcud sosial stabilliyi gücləndirir. Bu mənzərə siyasi mövqeyindən asılı olmayaraq bütün milli qüvvələri sevindirir, çünki söhbət Azərbaycan insanının rifahının yaxşılaşması, insanların daha yaxşı yaşamasından gedir.

Hərçənd, dövlətin vətəndaşı üçün atdığı addımlar, gördüyü işlər Əli Kərimlinin payızını gətirir, “patriarxın payızı” gələn kimi…

Çünki Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində” qeyd etdiyi kimi, “İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını sürətləndirir”.

Bu siyasi iflasdan xilas olmaq üçün Əli Kərimli və dəstəsi son çarəyə – dövlətin vətəndaşı üçün gördüyü işləri öz ayaqlarına yazmaq kimi gülünc addıma əl atır, iddia edirlər ki, “hakimiyyət bizdən çəkindiyi üçün islahatlar aparır”.

Prezident İlham Əliyevin son müşavirədə açıqladığı hədəflər isə Əli Kərimli və dəstəsinin son çarə kimi əl atdığı bu oyunbazlığını ifşa etdi. Bir daha təsdiqləndi ki, dövlət atılan addımları, görülən işləri proqram şəkilində hazırlayaraq, həyata keçirir. Dövlət başçısı müşavirədə həm də bu il ərzində vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılacaq mühüm addımların anonsunu verdi və sosial paketi açıqladı.

a) Prezident bəyan etdi ki, minimum əmək haqqının 38 faiz artırılması ilk mərhələdir və bu istiqamətdə təkliflərin hazırlanması haqqında müvafiq tapşırıqlar verilib. Yaxın dövrdə minimum əmək haqları və pensiyalar yenidən artırılacaq.

b) Sosial müavinətlər əhəmiyyətli dərəcədə artacaq.

c) Dövlət başçısı uzun müddətdir vətəndaşları narahat edən problemli kreditlərin tezliklə həllini tapacağının anonsunu verdi. Bəyan etdi ki, ötən ildən etibarən bu məsələ üzərində ciddi iş aparılır və artıq təkliflər paketi hazırdır. Yaxın dövrdə problem yoluna qoyulacaq.

Dövlətin vətəndaşının rifahı üçün atdığı addımlardan qazanan Azərbaycan, itirənsə “problem nə qədər çox olarsa, o qədər yaxşıdır” prinsipi ilə yanaşan və siyasi qazanc üçün vətəndaşın rifahına göz dikən Əli Kərimli və dəstəsi olacaq. Artıq onları gülünc iddiaları belə xilas edə bilməyəcək…

Qaynaq: https://asifnerimanli.wordpress.com/2019/02/26/prezident-sosial-paketi-aciqladi-v%C9%99t%C9%99ndasin-rifahina-goz-dik%C9%99nl%C9%99r%C9%99-cavab/