2018-ci il aprelin 11-də yenidən xalqın etimadını qazanan İlham Əliyev ona bәslәnilәn ümidlәri tam doğrultmaqdadır. 2018-ci il aprelin 11-də yenidən xalqın etimadını qazanan İlham Əliyev ona bәslәnilәn ümidlәri tam doğrultmaqdadır.

Hər bir vətəndaşın gözlәntilәrini gerçәklәşdirən qərarlar

2018-ci il aprelin 11-də yenidən xalqın etimadını qazanan İlham Əliyev ona bәslәnilәn ümidlәri tam doğrultmaqdadır.

Prezident cәmiyyәtin bütün gözlәntilәrini gerçәklәşdirmәyә çalışmaqla, hәr bir fәrdin marağına cavab verәn çevik vә qәtiyyәtli qәrarlar qәbul etməkdədir. Dövlәt başçısı ötən dövrdə ictimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması, regionların davamlı inkişafı, yeni istehsal müәssisәlәrinin açılması, işsizlik probleminin aradan qaldılıması, vәtәndaşların sosial müdafiәsi naminә bir sıra mühüm addımlar atıb.

Bura şəhid ailələrinin vərəsələrinə verilən birdəfəlik müavinətlə bağlı yaşanan problemlərin həlli, problemli kreditlərin əhalinin maddi və sosial maraqlarına vurduğu zərbənin nəticələrinin aradan qaldırılması ilə onların xeyrinə çözülməsi kimi mühüm qərarlar daxildir.

Bununla yanaşı, İlham Əliyevin fərman və sərəncamları ilə çox geniş vətəndaş təbəqəsinin əməkhaqqı, pensiya, təqaüd və sosial müavinətləri də artırılıb.

Bunların bir qismi bu gündən, yəni cari ilin martın 1-dən, bir qismi isə aprelin 1-dən artırılacaq.

Cari il matrın 1-dən artan sosial ödənişlər

Minimum əmək haqqının məbləği 38,4 faiz (50 manat) artırılaraq 130 manatdan 180 manata, əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb.

Prezidentin digər fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmağa xidmət edir. Sərəncamla bu kateqoriyadan olan şəxslərin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2019-cu il martın 1-dən artırılaraq 220 manatdan 300 manata çatdırılıb.

Prezidentin imzaladığı başqa bir sərəncam doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqındadır.

Belə ki, martın 1-dən doktorantura pilləsi üzrə,

- elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 266 manatdan 300 manata;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 145 manatdan 180 manata;

çatdırılıb.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında

- adlı təqaüd alan tələbələrə ödənilən məbləğ 145 manatdan 170 manata;
- akademik göstəriciləri 90-100 bal olan tələbələrə 127 manatdan 145 manata;
- akademik göstəriciləri 71-100 bal olan tələbələrə 103 manatdan 120 manata;
- akademik göstəriciləri 51-100 bal olan tələbələrə 67 manatdan 80 manata

yüksəlib.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında bakalavriat səviyyəsi üzrə isə təqaüdlər

- akademik göstəriciləri 90-100 bal olan tələbələrə 115 manatdan 130 manata;
- akademik göstəriciləri 71-100 bal olan tələbələrə 97 manatdan 110 manata;
- akademik göstəriciləri 51-100 bal olan tələbələrə 61 manatdan 75 manata

çatdırılıb.

Orta ixtisas təhsil müəssisələrində isə təqüdlər

- akademik göstəriciləri 90-100 bal olan tələbələrə 61 manatdan 75 manata;
- akademik göstəriciləri 71-100 bal olan tələbələrə 48 manatdan 60 manata;
- akademik göstəriciləri 51-100 bal olan tələbələrə 42 manatdan 50 manata,

ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə verilən təqaüd isə 42 manatdan 50 manata çatdırılıb.

Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği cari ilin martın 1-dən 185 manatdan 210 manata qaldırılıb.

Qeyd olunanlarla yanaşı, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2019-cu il fevralın 1-dən 58 manat artırılaraq 300 manat müəyyən edilib. Prezident səsrəncamı ilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb. Eyni zamanda, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib.

Cari il aprelin 1-dən artacaq sosial ödənişlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq sosial müavinətlərin artımı nəzərdə tutulur.

Sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin artımına gətirib çıxaracaq.

sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata (78 faiz artım);
I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata (müvafiq olaraq 48 faiz və 59 faiz artım);
II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata (müvafiq olaraq 113 faiz və 60 faiz artım);
III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata (müvafiq olaraq 111,5 faiz, 51 faiz və 80 faiz artım);
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata (83 faiz artım), ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata (18 faiz artım);
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata (63 faiz artım);
müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata (47 faiz artım);
beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata (66 faiz artım);
uşağın anadan olmasına görə 109 manatdan 200 manata (83,5 faiz artım);
dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata (105 faiz artım)

çatdırılacaq.
Aprelin 1-dən müharibə əlillərinə də prezidentin təqaüdünün məbləği də artırılacaq:
- I qrup əlilliyə görə 182 manatdan 250 manata (37 faiz artım);
- II qrup əlilliyə görə 158 manatdan 230 manata (45 faiz artım);
- III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılacaq (73 faiz artım).
Bundan başqa, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin təqaüdü əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) verilən təqaüdün məbləği 73 manatdan 100 manata çatdırılacaq (37 faiz artım).
1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 121 manatdan 150 manata yüksələcək (24 faiz artım).
Sərəncamla Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənəcək.
- I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat;
- müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdü
təsis ediləcək.

Beləliklə, bu qərarlar bir daha onu vurğulamaq üçün əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi islahatlar ölkəmizin müasir inkişaf modelini formalaşdırıb və bu modelin əsas mərkəzi həlqəsi və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi əhalinin sosial rifahıdır.

Elman Babayev