Söhbət AXCP sədri Əli Kərimli ilə Musavat başqanı Arif Hacılıdan gedir. Söhbət AXCP sədri Əli Kərimli ilə Musavat başqanı Arif Hacılıdan gedir.

Migel de Servantesin “yeni personajları”: Əli Kərimli və Arif Hacılı

Söhbət AXCP sədri Əli Kərimli ilə Musavat başqanı Arif Hacılıdan gedir.

Siyasi fəaliyyətlərini yalnız facebook səhifələri, xaricdə mənzil qərargahı olan internet resursları üzərindən imitasiya edən “virtual müxalifət” hazırda bir-birlərinə qarşı ittihamlarla çıxış edirlər.

Söhbət AXCP sədri Əli Kərimli ilə Musavat başqanı Arif Hacılıdan gedir.

Partiyalar arasında ənənəvi mitinq davası artıq sosial şəbəkələrdə qarşılıqlı ittihamlarla müşahidə olunur. Belə ki, Müsavat başqanının 10 martda mitinq keçirməklə bağlı qərar verməsi Əli Kərimlinin keyfinə əməlli başlı soğan dograyıb. Xatırladım ki, mitinqin təşkilatı məsələsi əvvəllər də bu partiya rəhbərləri arasında zahiri əməkdaşlıq görüntüsünün saxta olduğunu üzə çıxarmışdı.

Bu gün də şəxsi və təşkilati maraqlar uğrunda mübarizə AXCP-ni əzəli rəqibi Müsavatla üz-üzə qoyub. Əli Kərimlinin mitinqlərin təşkilatı işlərində özünü şəriksiz monopolist kimi göstərməsi və əsas “agırlığın” da onun üzərinə düşdüyünü açıqlaması Arif Hacılının təkbaşına mitinq keçirmək barədə qərarı verməsinə səbəb olub. Müsavat başqanı bu monopoliyanı dağıtmaq üçün öz trollar şəbəkəsinə “savaşa başla” əmrini verib. Artıq sosial şəbəkələrdə cəbhəçi-müsavatçı didişməsi gedir.

Əli Kərimli bu günlərdə xaricdəki antimilli dairələrin muzdlu marioneti olan Tural Sadıqlının “Azad söz” səhifəsinə verdiyi sponsor dəstəkli müsahibəsində mitinq mövzusu üzərində spekulyasiyası bir çox mətləblərə aydınlıq gətirib. Əslində, onun mitinqlərə yanaşması Arif Hacılıya ünvanlanan mesaj kimi də dəyərləndirilə bilər. Əli Kərimli Tural Sadıqlının “Müsavatın 10 mart mitinqinə icazə verilərsə, atacağınız addım nə olacaq” sualına cavabı da vəziyyəti analiz etməyə imkan verir.

“AXCP 19 yanvarda da əsas təşkilatı işləri öz üzərinə götürmüşdü və orada elan etmədik ki, bunu biz təşkil etmişik. Mitinqlə bağlı Müsavatın qərarına müsbət yanaşırıq, amma AXCP olaraq bayramdan sonra mitinq barədə qərarımızı verəcəyik. Artıq günlər tutulub, Müsavat 10 martda, Qarabağ komitəsi isə 16 martda mitinq keçirmək niyyətindədir. Biz ümummüxalifət mitinqi keçirməyin tərəfdarıyiq.”- deyən Əli Kərimli mitinqlərdə əsas monopolist kimi AXCP-nin çıxış etdiyini göstərmiş olub.

Ambisiyalar, populizm xəstəliyi Əli Kərimlinin fəaliyyətinin əsas leytmotivinə çevrilib. Ə.Kərimli radikal düşərgədə bütün fəaliyyəti dövründə daim dağıdıcılıqla məşğul olub. Son 20-25 ilin təcrübəsi onu göstərir ki, bu şəxs üçün müqəddəs heç nə yoxdur. Müxalifət daxilindəki pozucu fəaliyyəti onu düşərgənin özündə belə arzuolunmaz şəxsə çevirib.

Fikir verin, uğursuz mitinqlərini pafosla “böyük qələbə” kimi qələmə verən və Don Kixotluq sevdasına düşən bu siyasi müqəvva müxalifət düşərgəsində özündən savayı kimsəni qəbul etmək istəmir. Vaxtilə eyni siyasi təşkilatda olduğu insanlara ya xəyanət edib, yaxud da ki, alternativ fikir bildirənləri partiyadan uzaqlaşdırıb. Bir sözlə, Ə.Kərimli özünü “müxalifət bazarı”nın darğası kimi aparır. “Siyasət”ini və təbliğatını virtual məkana köçürərək faktiki olaraq “virtual müxalifətçilik”lə məşğul olur və xarici sifarişlərə uygun açıqlamalar verməklə antimilli dairələrdən “xidmətlər”inə görə pul alır.

Amma bu oyunların elə özləri tərəfindən də etiraf olunması maraqlı faktları ortaya qoyur. Əli Kərimlinin yalnız öz maraqlarını güdməsi, xalq adından spekulyasiyaları barədə AXCP sədrliyinə keçmiş namizəd, partiya sıralarından xaric edilən Sahib Kərimlinin vaxtilə dediyi fikirlərə baxın: “Əli Kərimliyə əslində güclü təşkilat lazım deyil. Ona ancaq özünün fərdi reytinqi lazımdır. Mitinqə ona görə az adam gəlir ki, partiyanın idarəetməsində güclü fərdlər yoxdur. Təşkilat isə qartopu effekti ilə yaranır. Əli Kərimli təbii ki, prezident olmaq istəyir, ancaq bunu sistemli şəkildə etsə, artıq təhdidlə üz-üzə qalacaq. Təhdiddən çəkindiyi üçün zəif təşkilat yaradıb, hər kəsi gözdən salır. Ona alət kimi istifadə etmək üçün müvəqqəti adamlar lazım olur. Prosesin içərisində bir adam təhlükəsiz, həbsdən, maddi məhdudiyyətlərdən uzaq qalır ki, o da Əli Kərimlidir”.

Hazırda radikal düşərgədə yenə də “birincilik”, “təşəbbüskarlıq”, xarici dairələrə daha fəal görünmək kimi meyillər qabarıq müşahidə olunur. Bu dəfə də absurd teatrın səhnəsində siyasi oyunların iki personajı - Əli Kərimli ilə Arif Hacılı baş rol alıblar. İspan yazıçısı Migel de Servantesin “Ağıllı zadəgan Don Kixot” romanında olduğu kimi, Əli Kərimli ilə Arif Hacılı da bir gün siyasi sərgüzəştlərinin xülya olduğunu anlayacaqlar. Amma daha gec olacaq....

Qaynaq: https://elnurhacali.blogspot.com/2019/03/migel-de-servantesin-yeni-personajlar.html