"Arsenal” onu satış üçün bəsləyirmiş "Arsenal” onu satış üçün bəsləyirmiş

Henrix Mxitaryanla erməni xislətinə uyğun davrandılar

"Arsenal” onu satış üçün bəsləyirmiş

"Arsenal” klubu öz oyunçusu Henrix Mxitaryanla yollarını ayırmaq qərarına gəlib. Böyük Britaniya KİV-ləri, həmçinin idman xəbərləri üzrə ixtisaslaşmış transmilli KİV-lər (www.express.co.uk; https://www.goal.com; https://www.dailystar.co.uk...."Arsenal open to selling Mkhitaryan as they aim to raise funds for up to five new signings”) bu barədə xəbərləri tirajlayıblar. Səbəb kimi "Arsenal”ın Mxitaryana bəslədiyi ümidlərin doğrulmamasıdır. Beləki, Mxitaryan "Arsenal”ın qatıldığı müxtəlif çaplı 39 yarışda yalnız 6 qol vura bilib, cəmi 7 yönləndirmə edib. Bunu nəzərə alaraq, klub Mxitaryanla imzalanmış və 2021-ci ildə başa çatmalı olan müqaviləni indidən pozmağı üstün tutub.

Mxitaryanın adı Azərbaycanda auditpriyasında mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyununda iştirakdan imtina etməsindən sonra tanınıb. Erməni əsilli futbolçu Bakıya gəlmək imtina qərarını özünün təhlükəsizlik tədbirləri ilə əlaqələndirmişdi. Amma onun Bakıya gəlməkdən imtina etməsini özünün milli kimliyi ilə əlaqələndirməsi, təhlükəsizliyinə təminat olmaması ilə izah etməsi öncədən şübhəli qarşılanmışdı. Çünki, erməni əsilli idmançılar müxtəlif yarışlar çərçivəsində Bakıda olublar və sağ-salamat geri dönüblər. Bunun ən bariz nümunəsi isə 2015-ci ildə, Bakı I Avropa Oyunları dönəmində müşahidə edilib. Bakıda 2015-ci il iyunun 12-də açılan Avropa Oyunlarında 24 Ermənistan idmançısı 6 idman növü üzrə yarışlara qatılmış və heç bir sıxıntı olmadan yarışlarda iştirak etmişdilər. Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan yarışın nəticələrindən razı qaldığını rəsmən elan etmişdi. İndi hansısa 3-cü bir ölkə vətəndaşı olan erməni əsilli şəxsin Bakıda təhlükə ilə qarşılaşacağını elan etməsi absurd səslənirdi.

Məsələ təkcə Azərbaycan tərəfində deyil, Avropa Liqasını idarə edən UEFA-da və Böyük Britaniya mediasında da təəccüblə qarşılanıb. Böyük Britaniyanın transmilli KİV-lərindən BBC "Henrix Mxitaryan Bakıya nə üçün gəlməyəcək" sərlövhəli yazı dərc edib və sonda sualı açıq saxlayıb. Çünki BBC-nin müraciət etdiyi Avropa strukturlarının heç biri Mxitaryanın iddialarını qəbul etməyib, onun Bakıya getməməsi üçün səbəb görmədiklərini bildiriblər. Bu baxımdan BBC təmsilçiləri səbəb barədə məsuliyyəti yalnız Mxitaryanın ailəsinin şəxsi qərarının üzərində cəmləşdiriblər: "Məlumatda bildirilir ki, Bakıya getməmək qərarı Mxitaryan və onun ailəsinə məxsusdur”-deyə BBC əməkdaşı bildirir. "Arsenal” rəhbərliyi isə BBC-yə bildirib ki, "Azərbaycan hakimiyyət təmsilçiləri UEFA-ya Henrix Mxitaryanın təhlükəsizliyinə dair zəmanət veriblər. UEFA isə bu zəmanətlərin nəticəsində hərtərəfli təhlükəsizlik planını hazırlayıb və "Arsenal” klubuna təqdim edib. Klub UEFA və Azərbaycan hökumətinin bu məsələ ilə bağlı səylərini tanısa da, öz futbolçunun səyahət etməmək barədə şəxsi qərarına hörmətlə yanaşır". Beləliklə, bütün qurumlar sonda Bakıya gəlməmək qərarının Mxitaryanın şəxsinə aid olduğunu bildiriblər.

Bu yanaşmaya uyğun olaraq, əksər mütəxəssislər Mxitaryanın futbolçudan daha çox, erməni millətçisi və "siyasətçi” olduğunu önə çəkirlər. Onun "Xocalı soyqırı”mını törətmiş erməni əsilli şəxslərlə şəkilləri, Dağlıq Qarabağa qanunsuz səfərləri bu qənaəti qüvvətləndirir. Mxitaryan ailəsi "Arsenal” və "Chelsea” klubları arasında UEFA Avropa Liqasının final oyununa olan beynəlxalq maraqdan da istifadə edərək, Azərbaycan barədə maksimum dərəcədə neqativ rəy yaratmağa çalışırlar. Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə transmilli KİV-lərə verdiyi müsahibələrdə bu yöndə olan düşüncələri açıq tekstlə elan edib. Cənab Tağızadə Sky Sports kanalına müsahibəsində deyib: "Mən Mxitaryana deyərdim ki, sənin məqsədin möhtəşəm final yaratmaqdırsa, buyur, Bakıya gəl və iddialarını isbat et. Yox, əgər məqsədin bunun ətrafında siyasi oyun oynamaqdırsa, onda başqa məsələ. Sənə siyasətçi kimi yox, futbolçu kimi pul ödəyirlər, buna görə də gəl başqa məsələləri kənara qoy". Azərbaycan səfirinin bu fikirləri BBC-nin hazırladığı məqalədə də yayımlanıb.

Amma son anda ortaya çıxan faktlar Mxitaryanolayının təkcə siyasi şou yaratmaq istəyi ilə bağlı olmadığını aşkarlayıb. Məsələ ondadır ki, Henrix Mxitaryan "Arsenal” klubunun yarımmüdafiəçisi qismində özünü doğrultmayıb. Buna görə də, son zamanlarda əsasən ehtiyat oyunçu qismində saxlanılıb. Futbol mütəxəssisləri KİV-lər üçün açıqlamalarında qeyd ediblər ki, Mxitaryanın Bakıya gəlişi təmsil etdiyi komanda üçün heç nəyi dəyişmir. "Arsenal” bu səbəbdən onun Bakıya gətirilməsində təkid etməyib. Mxitaryan isə bu amildən, milli xislətinə uyğun olaraq manipulyasiya məqsədləri üçün istifadə edib, çünki bütün dünya mediasının gündəminə gəlib, potensialından çox artıq reklam edilib. Mənsub olduğu erməni lobbi və diaspor qrupları isə onun təhlükəsizliyi məsələsindən ölkəmizə qarşı çirkin kampaniya təşkil etmək üçün faydalanıblar. Belə yanaşma əvvəlcə "Arsenal”ın da işinə yarayıb ki, Mxitaryanı reklam edib məşhurlaşdırmaqla, daha baha qiymətə satmaq mümkündür.

Beləliklə, Mxitaryanın erməni xisləti, yəni əmtəəyə çevrilmək planı həm onun özünün, həm də onu satışa çıxaranların işinə yarayıb. Zatən erməniliyin mahiyyəti də budur. Milli strategiyasını "satmaq və satılmaq” üzərində qurmuş bu etnosun keçmişi bənzər faktlarla zəngindir. Roma-Parfiya, Bizans-Sasani müharibələrində, Ərəb Xilafəti ilə Bizans arasında, həmçinin, Səlcuqlarla Bizans arasındakı savaşlarda, Osmanlı İmperiyası ilə Rusiya İmperiyası arasındakı döyüşlərdə ermənilər hansı mövqeni (daha doğrusu, mövqesizliyi, satıb-satılmağı) sərgiləyiblərsə, Mxitaryan da tam eynisini etdi. Yaxşı ki, Britaniya KİV-ləri onun niyyətindən duyuq düşdülər.

Müşfiq Ələsgərli