“Bu günə qədər qanunla kəllə-kəlləyə gəlmək istəyən hansı siyasi "heyvan"ın boynu qoltuq altında qalmayıb ki?” “Bu günə qədər qanunla kəllə-kəlləyə gəlmək istəyən hansı siyasi "heyvan"ın boynu qoltuq altında qalmayıb ki?”
  • Yazarlar
  • 16 Oktyabr 2019 17:45
  •  7 208

Əli Kərimli sabitliyi pozmaq üçün çağırış etdi – Bəs nə baş verəcək?

“Bu günə qədər qanunla kəllə-kəlləyə gəlmək istəyən hansı siyasi "heyvan"ın boynu qoltuq altında qalmayıb ki?”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında mitinq keçirməsinə razılıq verib.

Amma bundan bir neçə dəqiqə sonar AXCP sədri Əli Kərimli özünün Facook hesabında mitinqlə bağlı yazdığı postda belə bir cümlə işlədir: “Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15:00-da 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik. Biz Lökbatanda mitinq keçirməyəcəyik. Biz BŞİH-ni xəbərdar etmişdik ki, Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15:00-da 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik”. Nə baş verir, bu adam dövləti təhdid edir? Bu günə qədər qanunla kəllə-kəlləyə gəlmək istəyən kimin boynu qoltuq altında qalmayıb ki? Qanunların aliliyindən dəm vuran Ə.Kərimli qanunu pozacağının, kütləvi iğtişaş yaradacağının proqnozunu verir? Belə olan halda onu nə gözləyir? Ə.Kərimlinin tutduğu bu yol qanunları tapdalamaqdır, sabitliyi pozmaq və qarşıdurma yaratmaq üçün atılan addımdır.
Heç şübhəsiz ki, o, “biz 28 may metrostansiyasının qarşısında mitinq keçirəcəyik” deməklə, insanları kütləvi itaətsizliyə və qanunlara tabe olmamağa səsləyir. Qanunlara tabe olmamağın, itaətsizlik göstərərək insanları iğtişaşa səsləməyin də qanunla öz cəzası var və bunu Ə.Kərimli bilməmiş deyildir. BŞİH-nin ayırdığı yerdən imtina edərək insanların sıx hərəkət etdiyi metrostansiyanın qarşısında qanunsuz mitinq keçirmək cəhdi Azərbaycan konstitutiyasına hörmətsizlikdir, qanunları pozmaqdır. Bu Ə.Kərimlinin üzərində böyük cinayət məsuliyyəti yaradır. Adam illərdir insan hüquq və azadlıqlarının “carçısı” kimi özünü cəmiyyətə soxuşdurmağa çalışır, şübhəsiz, zövqünə, mənliyinə və ruhuna dürtüldüyü, təcavüz etdiyi insanlar da var Ə.Kərimlinin. Elə cəbhəçilər… Bu nə gündür düşüblər!?

Apardığınız uğursuz siyasəti, illərdir özünüzü yuvarlayıb atdığınız “balota” hərəkətsizliyini, amalsız yaşayış tərzinizi, öz bacarıqsızlığınızı, 25 ilin depressiyasını, yuxusuzluğunu qanunları pozmaqla dəyişdirmək istəyirsinizsə, yanılırsınız. Bütün bunları qanunları pozmaqla, ölkə Konstitusiyasına hörmətsizlik etməklə, insanları kütləvi itaətsizliyə səsləməklə, qanunsuz mitinqlərlə dəyişdirəcəyinizə olan istəyiniz sizə yaxşı heç nə vəd etmir. Unutmayın, kim qanuna tabe olmayacaq və qanunlara itaətsizlik göstərib özbaşına mitinq keçirməyə cəhd edəcəksə, həbs ediləcək, barəsində qanuni ölçü götürüləcək. Amma ortada bir nüans var: insanları qanunsuz mitinq keçirməyə çağırıb polislərlə iğtişaş yaratmaqda maraqlı olan Ə.Kərimli özü orada olacaqmı? Əgər qaçıb gizlənməsə, özünün dediyinə görə orda olacaq. O zaman ilk qarşısı alınası, həbs edilməsi üçün kifayət qədər tutarlı sübutların mövcud olduğu şəxs Ə.Kərimlidir. Bu adam (?) açıq şəkildə çağırış edərək insanları oktyabrın 19-da 28 may metrostansiyasının qarşısında qanunsuz mitinq keçirməyə səsləyir. Əslində onun bu məqsədlə etdiyi çağırış da qanunla məsuliyyət yaradır. Özü də başa düşür ki, sadə xalq, adi vətəndaş, dövlət qulluqçuları ona dəstək verən deyil, bu səfeh öz cəbhəçilərinə müraciət edir, o şəxslərə ki, cinayət törətməkdən həzz alırlar, işləməyi yox, yeyib yatmağı sevirlər, yüksək vəzifə tutaraq dövləti talayacaqlarını zənn edirlər. Bunu Ə.Kərimli də bilir, amma görünür ona yeni “siyasi məhbus”lar lazımdır, bu məqsədlə xaricdən aldığı qrantların hesabatını da verməlidir, hər “siyasi məhbus” başına əldə etdiyi külli miqdarda gəlirlər var axı… Dövlətin qanunlarını məqsədli şəkildə tapdalayaraq xaricdən ölkəmizə qarşı yönələn baxış fokuslanmasını artırmağa cəhd etmək istəyinin qarşısı bu dəfə də qətiyyətlə alınacaq.

Bu günkü situasiyada Ə.Kərimli nə edir?

1. Oğlu Türkel xaricdədir, ailəsi Londonda yüksək komfortlu həyat şəraitində yaşayır. Amma oğlu yaşında gəncləri qanunaları pozmağa, kütləvi iğtişaşlara səsləyir. Artıq kiçik oğlu da Londonda yüksək məbləğ tələb edən təhsil alır.
2. Cəbəhçiləri, bir qrup başıpozuq şəxsləri 28 may metrostansiyasının qarşısında icazəsiz mitinqə çağırır. Bununla bağlı sosial şəbəkələrdə müraciətlər edir.
3. Xaricdə yaşayan bir qrup mənəviyyatdan uzaq şəxsləri məhz bu ərəfədə hakimiyyətə qarşı söyüşlə “mübarizə” aparmağa səsləyir. O, bu addımı hökumətə qarşı “təzyiq” mexanizmi kimi görür.
4. Artıq bir neçə şəxs təlimatlandırıb ki, polislə iğtişaş yaratsın, polsiləri üzünə təhqir etsin.
Bir siyasətçi üçün bütün bu “mexanizm”lər utancvericidir. Uzun illər siyasətdə olan şəxs bu cür ağılsız qərarlar qəbul edirsə, deməli, artıq son həddədir, psixi pozğunluqları daha da şiddətlənib və heç vaxt istəklərinə nail ola bilməyəcəyini dərk edir.

Bəs qanun nə deyir, polis nə edəcək?

Polis Ə.Kərimlinin mitinq keçrmək istədiyi ərazidə öz vəzifəsini layiqincə yerinə yetirərək qanunları pozan, qanunsuz mitinq keçirmək istəyənlərin qarşısını qətiyyətlə alacaq. Buna əmin olsunlar! Şəxsən mən düşünürəm ki, Ə.Kərimli həbs edilməlidir, onun barəsində cinayət işi açılmalıdır, qanunlara, cəmiyyətə qarşı etdiyi bu qədər hörmətsizliyin cavabını almalıdır. Və ən nəhayət, öz oğlunu Londonda təm-təraqa qərq edən Ə.Kərimlinin burdakı gənclərimizi kütə verməyinin qarşısı alınmalıdır. R.Arifoğlu təbirincə desək, Ə.Kərimli siaysi “heyvan”dır və belələrinin heyvani, şüursuz hərəkətlərinin qarşısı dərhal, qətiyyətlə alınmalıdır.

Samir Feyruz