Şanlı Ordumuz zəfərini təkrarlamağa qadirdir! Şanlı Ordumuz zəfərini təkrarlamağa qadirdir!

Qarabağ Zəfərinin psixoloji müharibə prizmasından təhlili

Şanlı Ordumuz zəfərini təkrarlamağa qadirdir!

Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə qazanılan qələbənin psixoloji müharibə kontekstini nəzərinizə çatdırmaq istəyirəm. Bu şanlı qələbə heç də gözlə görünən 44 günü əhatə etmir. 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə savaş bitməmişdi. 27 il ərzində ən azı gözlə görünməyən psixoloji müharibə davam edirdi.

Nədir bu müharibə, hansı mərhələləri var?

Psixoloji müharibə 4 mərhələdən ibarətdir:

1. Demoralizasiya

2. Destabilizasiya

3. Krizis

4. Normallaşdırma

1-ci mərhələ təqribən 15-20 il zaman aparır. Əsas güc informasiya təbliğatının üzərinə düşür. Rəqibin məlumatları dəyərləndirmə səviyyəsi aşağı endirilir. Ağıldan çox emosiya və hisslər hədəfə alınır. Cəmiyyətdə etimadsızlıq, güvənsizlik mühiti formalaşdırılır.

(Əslində bu mərhələdə böyük qüvvə sərf etməyimizə ehtiyac yox idi. Çünki düşmənin "Böyük Ermənistan" adlı xəstə mifi onları təbii uçuruma aparırdı. Sadəcə yüngül "aikido texnikası" yıxılmaqlarına yetərli idi)

2-ci mərhələdə hədəflər rəqibin iqtisadi, xarici əlaqələr, müdafiə sistemlərinin destablizasiya edilməsidir. Bu zaman Türkiyə ilə müttəfiqlik mühitinin qorunub saxlanılması, Ermənistanın ən böyük sərhədlərinin qapalı saxlanılması əhəmiyyətli rol oynadı. Avropaya gedən iqtisadi tranzit yollarından (neft, qaz, dəmir yolları və s.) rəqibin uzaqda qalması onların belini yerə vururdu. Eləcə də Gürcüstana dövlət olaraq etdiyimiz iri həcmli investisiyalar məhz aktiv döyüş fazasına hesablanmışdı. Gürcüstanın 44 gün ərzində öz sərhədlərindən silah daşınmasına icazə verməməsi uzaqgörən yanaşmamızın nəticəsi idi. Eləcə də İsrail dövlətinin ən müasir müdafiə sistemlərini düşmənə satmaqdan imtina etməsi düşməni döyüş fazasında xeyli dərəcədə zəiflətdi. Köhnə yararsız SSRİ və rus silahları ilə Harop, Bayraktar, Lora və s. Kimi silahlarımıza nə edə bilərdilər ki?!

3-cü mərhələ əvvəlki iki mərhələnin sayəsində rəqibin deformasiyaya meylliliyindən yaranır. Krizisin başlamasına bir və ya bir neçə bəhanə bəs edir. Cəmiyyətimizdə bir çoxları Paşinyanın inqilab nəticəsində qalib olmasını demokratik qələbə kimi dəyərləndirsələr də əslində düşmən Azərbaycan dövlətinin psixoloji müharibəsinin "Krizis" mərhələsini yaşayırdı. Şanlı Ordumuzun aktiv döyüşləri həm də krizisi həll etməyə yönəlmişdi.

4 -cü mərhələ hazırda yaşadığımız normallaşdırma mərhələsidir. Müxtəlif dövlətlər fərqli cürə bu mərhələni keçiblər. Məsələn, Brejnev SSRİ ordusunun Çexoslovakiyaya girişini normallaşdırma kimi səciyyələndirirdi. Əslində isə normallaşdırma qalib tərəfin bütün ipləri öz əlinə almasından ibarətdir. Cənab Prezidentin Zəngəzur dəhlizinin açılması barədə dediklərinin arxasında bu məsələ durur. Həmçinin Ali Baş Komandanın biz dədə-baba yurdumuza, Göyçəyə, Qərbi Zəngəzura, İrəvana qayıdacağıq tezisinin altında yatan mahiyyət ora qoyacağımız sərmayələrlə ipləri birdəfəlik ələ almağa xidmət edir.

Çətindir bu işləri başlamaq, icra etmək, bitirmək. Hamımız bilirik ki, rəqibimizin ipləri öz əlində deyil. Onlar marionetka kimi Rusiyanın barmaqlarından sallanan iplərlə oynayırlar. Bütün infrasturkturları Rusiya şirkətlərinin balansındadır.

Öz oyunumuzu oynamaqla, yəni müstəqillik və suverenliyimizi gücləndirməklə, dövlətimizi zirvələrə daşımaqla, cəmiyyətimizi nümunəvi topluma çevirməklə, iqtisadi tərəqqi ilə "Dəmir Yumruq" qələbəsinin nəticələrinin normallaşmasını görəcəyimizə əminəm. Alternativ variantda da Şanlı Ordumuz zəfərini təkrarlamağa qadirdir!

Psixoloq Kamil HƏMİDOV,

BDU-nun müəllimi, “Addım” Gənclərin İnkişaf Mərkəzinin sədri

image description image description image description image description image description