WSJ-də keçmiş CİA əməkdaşı bir məqalə yazıb WSJ-də keçmiş CİA əməkdaşı bir məqalə yazıb

Türkiyəyə əxlaqsız təklif

WSJ-də keçmiş CİA əməkdaşı bir məqalə yazıb

Müəllif deyir ki, Türkiyə Rusiyadan aldığı S400-ü Ukraynaya versə ABŞ da onu F35 proqramına bərpa edə bilər.

Bu müzakirə edilirmi? Bilmirik. Amma Polşa ilə MİQ 27-F16 sövdələşməsi aparmışdı. Polşa da dedi ki, təyyarələri Almaniyadakı ABŞ hərbi hava bazasına göndərirəm, Ukraynaya özün apar. ABŞ razılaşmadı. Müəllif ABŞ-ın çatdırılmanı həll edəcəyini düşünür.

Hardan baxsan, əxlaqsız təklifdir. Rusiya Türkiyənin müdafiəsi üçün ona raket kompleksi satır və Türkiyə də həmin raketləri Rusiya təyyarə və vertolyotlarını vurmaq üçün Ukraynaya verir. (Düzdür, Ukrayna ordusunda rus silahları çoxdur, amma o başqa məsələdir)

Müasir hərbdə A2AD (Girişi bağla, Ərazini qoru) doktrinası mühüm rol oynayır. Yəni, dövlət düşmən orduların, aviasiyasının və donanmasının öz ərazisinə daxil olmasını raket mühafizə sistemləri, qırıcı təyyarələr, hərbi gəmilər və gəmi əleyhinə raketlərlə qoruyur ki, düşmən sərhədləri keçə bilməsin.

Rus ordusu ilk gündə 190 hədəfə zərbə endirərək eynilə İsrailin Misirə etdiyi kimi düşmənin bütün aerodromlarını, təyyarələrini darmadağın etdi və mütləq hava üstünlüyü qazandı. (Bizim 44 günlük müharibənin ilk 3 günündə də etdiyimiz kimi) Və bu hava hakimiyyətinə arxalanan quru qoşunları irəliləməyə başladı. Halbuki raket mühafizə sistemi olsaydı belə olmazdı.

Təsəvvür edin ki, hava hakimiyyəti düşmən əlində ola-ola 50 minlik ordu hücum edir. 40-50 qırıcı təyyarə ilə bu ordunu darmadağın etmək su içmək kimi asandır.

ABŞ isə raket mühafizə sistemini qurmayaraq Rusiyanı Ukraynanın içərisinə çəkməklə və Baydenin dediyi “uzun və yorucu” müharibəyə start verir. Ukraynanın hətta rus təyyarələri qarşısında son dərəcə üstün olan F16-larla sa təchiz edilməmişdi… Donanmada da vəziyyət acınacaqlıdır.

Türkiyəyə “S400-F35” təklifi edilib-edilmədiyi məlum deyil. Ancaq ABŞ-da bu potensial var.

Tural Cəfərov