- Yazarlar
- 2 Sentyabr 2022 16:41
- 9 747
Laçından yazıram
Müşahidələrim 10 bənddə
Laçın şəhərinə səfər zamanı müşahidələrimi 10 bəndlə təqdim edirəm:
1. Laçına Azərbaycanın tam nəzarətində olan Qubadlı-Laçın yolu ilə yox, Gorus-Xankəndi yolu ilə (keçmiş Laçın dəhlizi) Şuşadan daxil olaraq getdik,
2. Müdafiə Nazirliyinin nümayəndələrinin xahişi ilə sülhməramlıların nəzarət zonasında olan yerlərdən keçərkən çəkiliş etmədim, heç bir foto çəkmədim. Hərbi qaydalara və təlimatlara riayət etmək mənim üçün vacibdir.
3. Şuşadan Laçın şəhərinin girişinə qədər olan hissə Rusiya sülhməramlı kontingentinin xidmət etdiyi zonadır,
4. Laçın şəhərindən Ermənistan sərhədinə qədərki bəlli bir hissə isə Azərbaycanın nəzarətindədir,
5. Alternativ yol, Laçın yoluna Laçın şəhərinin çıxacağında birləşir (kilometrini dəqiq bilmirəm)
6. Nəticədə azərbaycanlı sürücülərlə erməni sürücülər, Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı marşrutda adi yol hərəkəti iştirakçısı kimi üz-üzə gəlir, hələlik heç bir insident qeydə alınmayıb. Ümumiyyətlə ermənilər bizimlə üz-üzə gəlməkdən qorxur, baxışlarında qorxaqlıq və əziklik hiss edilir.
7. Rusiya sülhməramlıları insidentlərin olmasından bərk ehtiyatlanır, bu, yaxşı haldır, görünür, Azərbaycan onların qarşısında ciddi məsələ qaldırıb.
8. Laçın şəhərinin, Zabux və Susun Azərbaycanın nəzarətində olması ilə köhnə yolun dəhliz məntiqi dəfn edilib, çünki Gorusla Xankəndinin birləşdirici arteriyası kəsilib.
9. Azərbaycan dövlətinin qarşısında bir çağırış kimi dayanır ki, alternativ yolun işləmə qrafikini tərtib etsin, yəni rejim Bakı tərəfindən müəyyən edilsin. Yəqin ki, bu məsələ perspektivdə həllini tapacaq.
10. Azərbaycan ordusu Laçının sərhəd nöqtələrindəki mövqelərindən Ermənistanın sərhəddəki hər bir hərəkətini izləyir və ən müasir vasitələrlə Ermənistanın addımları nəzarət altında saxlanılır.
Aqşin KƏRİMOV