- COP29
- 17 Fevral 12:55
- 10 132
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
![](https://www.aznews.az/storage/2024/02/17/d38f6404-adbb-3ac0-b0e1-8e317414b61a_850.jpg)
ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.
Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək.