Türkiyədə kürd probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə, “həll müddəti”nə son qoyulub. Türkiyədə kürd probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə, “həll müddəti”nə son qoyulub.

Ərdoğan atəşkəsi ləğv etdi - Türkiyədə müharibə başlayır

Türkiyədə kürd probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə, “həll müddəti”nə son qoyulub.



AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan davam edən danışıqlar prosesinin ölkənin müstəqilliyinə, sabitliyinə zərbə vuranlarla davam etdirilməsinin mümkün olmadığını açıqlayıb. Prezident bildirib ki, "həll müddəti" prosesindən ölkədə mövcud olan sabitliyə, demokratiyaya zərbə vurmaq üçün sui-istifadə edilir:

"Parlament seçkilərində bunun böyük zərər gördüyünün şahidi olduq. Artıq indi ortada fakt var. Bu ölkədə milli birliyimizə, qardaşlığımıza qəsd edənlərlə "həll müddəti" prosesini davam etdirmək artıq mümkün deyil. Əsas olan milli birlikdir".

Ərdoğan ABŞ ilə Türkiyənin Suriyada "təhlükəsiz zona" yaratması haqda yayılan məlumatlara da toxunaraq - "Obama ilə telefon danışığında "təhlükəsiz zona" yaradılması haqda məsələləri ətraflı müzakirə etdik. Bu zona Türkiyədə olan suriyalıların öz ölkələrinə dönməsinə şərait yaradacaq" deyə bildirib.

Türkiyə Prezidenti MHP başqanı Dövlət Baxçalının HDP-nin bağlanması təklifinə münasibət bildirərək, "Mən hansısa partiyanın bağlanmasını tərəfdarı deyiləm. Lakin bu partiyanın idarəçiləri cavab verməlidir deyib: "Konstitusiyanın 14-cü maddəsi çox şeyləri təmin edir. Toxunulmazlıq statusundan sui-istifadə edən, terror təşkilatını özünə arxa bilən, "biz arxamızı ora-bura dayayırıq" deyənlər bu ifadələrin cavabını verməlidir".

AzNews.az