Ölkəmizin turizm potensialının xarici nəşriyyatlarda təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “National Geographic Azerbaijan”ın birgə təşkilatçılığı ilə “National Geographic” jurnalının nəşr edildiyi ölkələrin fotoqraf və jurnalistlərindən ibarət 2 qrup cari ilin iyul ayında ölkəmizə tanışlıq səfərləri etmişlər. Ölkəmizin turizm potensialının xarici nəşriyyatlarda təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “National Geographic Azerbaijan”ın birgə təşkilatçılığı ilə “National Geographic” jurnalının nəşr edildiyi ölkələrin fotoqraf və jurnalistlərindən ibarət 2 qrup cari ilin iyul ayında ölkəmizə tanışlıq səfərləri etmişlər.

Belarusun məşhur portalı Azərbaycandan yazdı

Ölkəmizin turizm potensialının xarici nəşriyyatlarda təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “National Geographic Azerbaijan”ın birgə təşkilatçılığı ilə “National Geographic” jurnalının nəşr edildiyi ölkələrin fotoqraf və jurnalistlərindən ibarət 2 qrup cari ilin iyul ayında ölkəmizə tanışlıq səfərləri etmişlər.


Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a bildiriblər ki, layihə çərçivəsində "National Geographic" jurnalının Macarıstan, Hindistan, Koreya, Çin, İsrail, Ukrayna, Gürcüstan, Belarus, İran, Rusiya nümayəndəliklərinin əməkdaşları Azərbaycana gəlmiş və burada fotoreportaj hazırlamışlar.

Qonaqlar paytaxt Bakı ilə yanaşı Naftalan, Qəbələ, Şəkiyə səfər etmiş və bu regionların turizm potensialı ilə yaxından tanış olmuşlar.

Səfər nəticəsində toplanan materiallar Belarusun məşhur traveling.by portalında yerləşdirilmişdir. Məqalə ilə BURADAN tanış olmaq mümkündür: