21:23
(077) 610-22-33

Bərdəyə dolu yağdı - Təsərrüfata ciddi ziyan dəydi

  • >
2 974 27 May 2017 19:05 | Cəmiyyət

Bərdəyə yağan dolu nəticəsində meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan dəyib, ağacların meyvələri yerə tökülüb, taxıl zəmilərində sünbüllər qırılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Günün ikinci yarısı düşən və bir neçə dəqiqə davam edən dolu yollarda hərəkətdə olan avtomobillərə də ziyan vurub. Onun ölçüsü təqribən 2-3 sm olub.

Qısamüddətli olduğundan evlərin dam örtüklərinə ciddi ziyan dəyməyib.

Sakinlərin sözlərinə görə, rayonun kəndləri ilə yanaşı, mərkəzdə də dolu nəticəsində yerdə buz qatı yaranıb.

Hələlik yağan dolunun rayon ərazisində hansı fəsadlar törətdiyi müəyyənləşməyib. Bu istiqamətdə rayon Fövqəladə Hallar Komissiyası araşdırmalar aparır.

AzNews.az

Bağla X