19:49
(077) 610-22-33

Rauf Arifoğlu prezidentə müraciət etdi

  • >
1 132 19 Noyabr 2013 16:47 | Cəmiyyət

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu dövlət başçısı İlham Əliyevə qəzetin yayımına yaradılan əngəllər barədə rəsmi məktub göndərib.

Bu barədə baş redaktor "musavat.com"a açıqlama verib. O bildirib ki, İ.Əliyevə rəsmi və elektron formada müraciətlər artıq göndərilib: "Mətbuat yayımı ilə bağlı vəziyyət hələ də dəyişməyib.

Biz hər gün metronu və digər yayım arealı hesab etdiyimiz məkanları monitorinq edirik. Bakı şəhərində, onun mərkəzində metrostansiyalarda hər şey satmaq olur, hər şey satmaq mümkündür, limon, meyvə, paltar və sair. Tək qəzetlərin və kitabların satışını əngəlləyirlər. Bu da dəhşətli bir şeydir. Hesab edirəm ki, bu, ayrı-seçkilikdir. Mətbuatın iqtisadi vəziyyətinin pisləşdirilməsi, onun zəiflədilməsinə yönəlmiş bir hadisədir. Biz artıq bütün instansiyalara müraciət etmişik. Azərbaycan Respublikasının prezidentinə yazılı və elektron müraciət etdim və vəziyyəti ona yazdım.

Çünki vəziyyət prezidentin qarışmasına zərurət olacaq qədər pisdir. Və biz xalqın yardımları sayəsində tutaq ki, yanvar ayına qədər ömrümüzü uzatmışıq. Bəs yanvardan sonra? Məhz biz hər ay bu cür kampaniya təşkil edə bilmərik axı. Bu, bir fürsət idi, bir məqam idi, bundan sonrası yoxdur. Əgər hakimiyyət bizim özümüzün özümüzü maliyyələşdirməmizə və satış arealımızı genişləndirməyimizə, yaxud da bərpa etməyimizə imkan verməsə, print media son aylarını yaşayır. Və biz də son aylarımızı yaşamaq istəmirik. Biz gözəl bir iş yeri qurmuşuq, çox yaxşı fəaliyyətlə məşğuluq, biz davam etmək istəyirik. Azərbaycan Republikasının 61 vətəndaşının iş yerini hakimiyyət məmurlarının bəziləri batırmaq istəyirlər. Və biz prezidentə xitab etmişik ki, buna imkan verməsin".

AzNews.az
Bağla X