Ankarada iki gənc suda boğulub. Ankarada iki gənc suda boğulub.

İki gənc suda boğuldu

Ankarada iki gənc suda boğulub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada balıq tutmaq üçün getdikləri göldə suya düşən gənc ilə onu xilas etmək istəyən yoldaşı suda boğulub. Hadisə, gecə saatlarında Sincanda baş verib. İddiaya görə, İsmail Özbək (26), Hacı Abdullah Kayabaş (19) və Ümid Özbək adlı üç dost, avtomobilləri ilə balıq tutmaq üçün Əbədi Anadolu Mütəşəkkil Sənaye Bölgəsinin (OSB) içində olan gölə getmək istəyərkən bölgədəki təhlükəsizlik işçisinin icazə verməməsi səbəbi ilə 3 yoldaş avtomobillərini başqa bir yerə park edərək gizli olaraq gölə gediblər. Balıq tutarkən gənclərdən biri suya düşüb, digər yoldaşı da onu qurtarmaq üçün suya atlayıb. Çöldə gözləyən Ümid Özbək, yoldaşlarının suyun içində gözdən itdiyini görüb təcili yardım və xilasetmə qruplarından kömək istəyib. Hadisə yerinə xilasedicilər və təcili yardım maşını sövq edilib. Dənizdən gənclərin meyiti çıxarılıb.