Ötən gecədən Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın, nəhayət söndürülüb. Ötən gecədən Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın, nəhayət söndürülüb.

Qaxda yanğının daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb

Ötən gecədən Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın, nəhayət söndürülüb.

AzNews.az xəbər verir ki, Ötən gecədən Qax rayonunun İlisu kəndi yaxınlığında başlayan yanğın, nəhayət söndürülüb. Fövqəladə Hallar Nazirliyi (FHN) Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (QRDYMH) Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, 2 hektar yaxın əraziyə yayılan yanğının söndürülməsinə, QRDYMH-nin 15 nəfərdən ibarət şəxsi heyəti və Qax Meşə Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları cəlb olunublar.

Onların səyi nəticəsində yanğının daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb və yanğın tamamilə söndürülüb.

Xatırladaq ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, yanğın ərazidəki quru ot və kol-kosdan başlayıb. Yanğının meşə zolağına keçmə təhlükəsi olmayıb.