17:39
(077) 610-22-33

Kollec rəhbərliyinə cinayət işi açıldı - Korrupsiya

  • >
626 4 Noyabr 2013 15:45 | Hadisə


Daha bir təhsil müəssisəsində korrupsiya faktı üzrə cinayət işi açılıb.

AzNews.az xəbər verir ki, bu dəfə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavininin qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma Ağcabədi rayon sakinlərinin müraciətləri əsasında başlanıb.

Araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin barəsində mənimsəmə faktı təsdiqini tapıb. Belə ki, öz qulluq mövqeyindən istifadə edən müavin müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirmək bəhanəsi ilə ümumilikdə 5.200 manat məbləğində pul alıb.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.


Ruhiyyə
AzNews.az
Bağla X