T - 72 tankında partlayış - ekipaj həlak oldu


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xabarovski vilayətində hərbiçilərin ölüm faktı üzrə prokuror araşdırmaları aparılır. Burada gecə təlimləri vaxtı T - 72 tankı partlayıb, 3 ekipaj üzvü həlak olub.

Bu hadisə barədə jurnalistlər ancaq qeyri rəsmi mənbələrdən məlumat alıblar. Hələ ki, Şərq hərbi dairəsinin komandanlığından heç bir açıqlama verilməyib.
2014 - cü ilin 31 yanvar gecəsinin yarısı. Partlayışdan yalnız 2 saat keçəndən sonra hərbiçilər yanğını söndürə biliblər. Yanmış tank əsas yoldan poliqona gedən hissənin 100 metrliyində qalıb. Bura qədər iki yerdə ciddi buraxılış postu qurulmasına baxmayaraq "Vesti"nin müxbirləri faciə yerindən fotolar çəkə biliblər. Şəkillərdən görünür ki, partlayış nəticəsində tankın qülləsi tankdan ayrılaraq kənara düşüb.
"Vesti"nin məlumatına görə hərbi maşında partlayış zamanı 3 nəfər olub - 24 yaşlı zabit Dilyus Qaripov, Amurskdan çağırışçı 18 yaşlı sıravi Yevgeni Taktarov və 19 yaşlı Saxa - Yakutiyadan çağırışçı Aleksey Xartasov.
Şahidlərin ifadəsinə görə bu birinci belə hadisə deyil, belə ki, bir həftə əvvəl Knyaze - Volkonskoye kəndi yaxınlığındakı hərbi hissələrdən birində PDM partlamışdı.


Əli
AzNews.az