Rejissor Natiq Axundu kim bıçaqladı?

Növbəti həftə "Həkimlər" teleserialının 10-cu seriyası təqdim olunacaq. Bu seriyada serial tamaşaçıları maraqlı sürprizlə qarşılaşacaq.

Filmin rejissoru Natiq Axund avtosalon başçısı rolunda çıxış edəcək. Orxan obrazını canlandıran rejissor doğma qardaşının qurbanı olacaq. Onun qardaşı Vüsalın başqa şəxslərə borcu olur.

Borc sahibi pulunu ala bilmədiyindən bunun intiqamını qardaşı Orxandan alır. Orxan düşmənləri tərəfindən 3 bıçaq zərbəsi alaraq, xəstəxanaya yerləşdirilir. Həmin gün axşam şöbəsində olan növbətçi həkim onun həyatını geri qaytara biləcəkmi?

Qeyd edək ki, "Həkimlər" "ATV telekanalı" və "ZZ- Production"-nın birgə layihəsidir.

Bahar Rüstəmli
AzNews.az