Kolumbiya müğənnisi Şakira 2018-ci ilə planlaşdırılan bütün konsertlərini təxirə saldı. Kolumbiya müğənnisi Şakira 2018-ci ilə planlaşdırılan bütün konsertlərini təxirə saldı.

Şakiranın səsi batdı: Konsertlər təxirə salındı

Kolumbiya müğənnisi Şakira 2018-ci ilə planlaşdırılan bütün konsertlərini təxirə saldı.

AzNews.az qərb mətbuatına istinadən xəbər verir ki, müğənninin səs tellərində ciddi problem yaranıb.

Şakira deyib ki, hələ oktyabrın sonunda səsinin dəyişdiyini hiss edib. Vəziyyət görünür, daha ciddi şəkil alıb.

Belə ki, onun Paris, Antverpen, Amsterdam, Madrid, Lissabon və Barselonada verəcəyi bütün konsertlər təxirə salınıb.