16:30
(077) 610-22-33

Rusiya XİN Lapşinin Azərbaycana verilməsinə yenidən münasibət bildirib

  • >
1 318 15 Fevral 2017 13:02 | Siyasət

Rusiya Xarici İşlər Nazirliyi bloger Aleksandr Lapşinin Azərbaycana verilməsinə yenidən münasibət bildirib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Belarus tərəfinə Rusiya vətəndaşının üçüncü ölkəyə verilməsinin yolverilməzliyi barədə mövqelərinin dəfələrlə çatdırılıdığını söyləyib.

"Nəzərinizə çatdırım ki, Aleksandr Lapşin həm Rusiya və həm də İsrail vətəndaşıdır. Rusiya səfirliyinin nümayəndələri fevralın 9-da təcridxanada Lapşinə baş çəkiblər. Rusiyalı diplomatlarla görüş zamanı Lapşin saxlanma şəraiti ilə bağlı heç bir şikayət etməyib. Səfirliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları ilə, Baş Prokurorluq, Azərbaycan XİN, o cümlədən İsrailin bu ölkədəki səfirliyi ilə daim təmasdadır. Səlahiyyətimiz çərçivəsində Rusiya vətəndaşının bütün hüquqlarını müdafiəsini təmin etmək üçün mümkün tədbirləri görür, məsələni nəzarətdə saxlayırıq. Hazırda Lapşinə yüksək ixtisaslı vəkil yardımı göstərilir. Qarşıda məhkəmə prosesi var. Mətbuatdan xahiş edirik ki, yoxlanılmamış məlumatları dərc etməsin. Biz bundan sonra da sizi məlum məsələ ilə bağlı məlumatlandıracağıq".

Bağla X