Azərbaycanlı aktrisanın gənc oğlu narkotikdən öldü- Yenilənib

Azərbaycanın əməkdar artistinin oğlu yüksək dozada narkotik qəbul olunması nəticəsində vəfat edib.


Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xanlar küçəsi ev 18, mənzil 6-da yaşayan 1985-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə bir il məhkumluq həyatı yaşayan Rüfət Ömür oğlu Nağıyev evdə yüksək dozada narkotik vasitə olan heroin qəbul edərkən dünyasını dəyişib.

APA-nın məlumatına görə, R. Nağıyev tanınmış aktyor Ömür Nağıyev və əməkdar artist Nəsibə Eldarovanın oğludur.


***
11:33
Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarovanın oğlu dünyasını dəyişib. AzNews.az anspress-ə istinadən xəbər verir ki, aktrisanın 29 yaşlı gənc oğlunun atası Rus Dram Teatrının aktyoru Ömür Nağıyevdir.

Qeyd edək ki, Nəsibə Eldarova mərhum rejissor Hüseynağa Atakişiyevin ikinci həyat yoldaşı olub.


AzNews.az
image description