- Köhnə - Hadisə
- 19 Noyabr 2013 12:01
- 6 651
26 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanıldı

Hadisə bu gün saat 10.15 radələrində Oğuz rayonunun Muxas kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Yusifov Bünyamin Məmmədəli oğlu kəndin mərkəzində 12 çaplı ov tüfəngi ilə həmkəndlisi, 1987-ci il təvəllüdlü Salamov Rüfət Eynulla oğluna atəş açaraq öldürüb və hadisə yerindən qaçıb.
Aparılan axtarış tədbirləri nəticəsində B. Yusifov kənd ərazisində meşə zolağında tutulub.
O, ilkin dindirmə zamanı R. Salamovu qızına söz atdığı üçün qətlə yetirdiyini deyib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.(apa)