Moskvada “qanuni oğru” saxlanıldı- Atışma

"Peço" ləqəbli "qanuni oğru" Rezo Buxnikaşvili Moskvada həbs olunub.


Polis Komsomolski prospektindəki mənzillərdən birinə 4 nəfərin daxil olduğu barədə məlumat alıb və hadisə yerinə gedib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mənzilə daxil olan 4 nəfər polisə atəş açıb. Atışma nəticəsində mənziə girənlərdən biri ölüb, iksi isə yaralanıb. İki polis əməkdaşı da xəsarət alıb.

Saxlanan şəxslərdən biri "qanuni oğu" Peço olub. Onun polisə müqavimət göstərməyən yeganə şəxs olduğu bildirilir.



Elnur
AzNews.az