Paytaxtın mərkəzində yanğın

Bakının mərkəzində mənzildə yanğın baş verib. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağında 1 ədəd kompyüter və masa yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az