• Hadisə
  • 4 Yanvar 2024 16:00
  •  6 857

Sumqayıtda evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ölüb

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Aznews.az xəbər verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1962-ci il təvəllüdlü Adıgözəlov Seymur Dadaş oğlu öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.