İspaniyada 60 min litr şərabı tökən şəxs axtarışa verilib

İspaniyada Cepa 21 şirkətinə məxsus Ribera del Duerodakı şərab zavodunda 2 milyon avro dəyərində 60 min litr şərabı tökən adamı axtarırlar.

Bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hadisə fevralın 17-dən 18-nə keçən gecə baş verib.

Müşahidə kameralarının görüntülərindən görünür ki, elit şərab zavoduna daxil olan naməlum şəxs şərab çənlərindən birinin kranı açıb və nəticədə 60 min litr spirtli içki ətrafa tökülüb.

Mövsüm

Aznewsa.az