- Hadisə
- 2 Aprel 17:48
- 2 312
Kəmaləddin Heydərovdan yeni təyinatlar
![](https://www.aznews.az/storage/2024/04/02/dfe4945487064871f1259891cee7f2c4.jpg)
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub.
Bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.
Nazirin əmrinə əsasən, FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub.
Digər əmrlə isə FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.
FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini, mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq, Aran Regional Mərkəzinin rəisi təyin edilib.
Bundan əlavə, FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub. (qafqazinfo)