• Hadisə
  • 18 İyul 2024 10:36
  •  8 337

Goranboy sakini avtomobilini vurduğu şəxsin üstündən keçib

Goranboyda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib. Qeyd olunub ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T. Şamilov saxıanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə Goranboy-Tərtər-Ağdam avtomobil yolunun rayonun Veyisli kəndindən keçən hissəsində qeydə alınıb. Qeyd edək ki, Veyisli kənd sakini Tarzan Şamilov idarə etdiyi "Ford Fusion "markalı minik maşını ilə kəndin mərkəzi yolunda həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun idarə etdiyi "KiA"markalı minik maşınını arxadan vurub.

Qəzadan sonra KİA sürücüsü avtomobilini saxlayaraq yerə düşüb. Hadisəni törədən Tarzan Şamilov yerdə olan Əhməd Ərəbovu maşınla vuraraq üstündən keçib. Xəsarət alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki ölən şəxs el arasında "kürd abo" ləqəbi ilə tanınıb. Məlumata görə hər iki şəxs dost olub. Qəzanı törədən Tarzan Şamilov isə Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

.