Yevlaxda bədbəxt hadisə: Ölən və yaralanan var - FOTO

Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var.

Aznews.az xəbər verir ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.

Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Hadisə zamanı həlak olan şəxs traktorçu Mustafayev Firdovsi İlqar oğludur.

"QAZ-24" markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

AzNews.az

image description image description