Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək

Türkiyə və Pakistan ikitərəfli ticarət dövriyyəsini illik 5 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir və enerji, nəqliyyat, müdafiə sahələrində fəal əməkdaşlıq edəcəklər.

Aznews.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirilən danışıqlardan sonra bəyan edib.

Ərdoğan iki ölkə arasında illik ticarət dövriyyəsinin 5 milyard dollara qədər artırılması planlarını açıqlayıb.