- Hadisə
- 01:08
- 2 264
Xəzərdə zəlzələ oldu, Bakı və rayonlar silkələndi

Xəzər dənizində zəlzələ olub.
Zəlzələnin mərkəzi Dağıstan respublikasının İzberbaş şəhəri yaxınlığında, 66 km dərinlikdə olub.
Yerli vaxtla saat 00:33-də baş verən zəlzələnin 5.3 bal gücündə olduğu bildirilir.
Zəlzələ Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir çox ərazilərində o cümlədən Xankəndi, Ağdam, Füzuli, Şabran, Gəncə, Nabran, Oğuz, Xaçmaz kimi rayonlarda da hiss olunub.
AzNews.az