Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb

Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb.

Aznews.az xəbər verir ki, hadisə Qusar -Şahdağ avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Renault" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.