- Hadisə
- 13:25
- 1 759
Azərbaycan üç ölkə ilə birgə COP31-ə namizədliklə bağlı toplantı keçirəcək
Azərbaycan (COP29), Braziliya (COP30), Türkiyə və Avstraliya BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP31) sədrliklə bağlı toplantı keçirəcək.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirilib.
O qeyd edib ki, gələn il keçirilməsi planlaşdırılan COP31 sədrliyi üçün namizədliklə bağlı müzakirələr davam edir və nəticə yaxın zamanda müəyyənləşəcək:
"BMT səviyyəsində və digər ölkələr qarşısında bu görüşmələri aparırıq. Bildiyiniz kimi, Avstraliya da COP sədrliyinə namizəddir. Braziliya, Azərbaycan və Avstraliya ilə birgə toplantı və müzakirələr keçirəcəyik. Məqsədimiz odur ki, Türkiyə burada bərabər və ədalətli şəkildə təmsil olunsun".