- Hadisə
- 7 Yanvar 12:35
- 1 395
Hacıqabulda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO
Hacıqabulda zəncirvari qəza olub.
Aznews.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobillə iki "KİA" markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) yanvarın 7-i saat 09:40 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin (1 kişi, 1 qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
Aznews.az