"Neft daşları"ndan indiyədək 182 mln. tondan artıq neft çıxarılıb

"Neft daşları" yatağından indiyədək (01.05.2025 tarixinə) 182,4 mln. ton neft hasil olunub.

Bu barədə "APA-Economics" 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində SOCAR-ın təqdim etdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, yataqda indiyədək 14,3 mlrd. kubmetr səmt qazı hasil olunub.

Bildirilir ki, "Neft daşları"nda indiyədək 1 986 quyu qazılıb, onlardan 409-u fəaliyyətdədir. Dünyada ilk dənizdə sənaye neft hasilatı 1949-cu ildə burada başlanılıb.

Vurğulanır ki, SOCAR-ın illik neft və qaz hasilatının 70%-i buradan sahilə nəql olunur.