Qazaxda neftbazanın önündə avtomobil partlayıb: Ölən var!

Şəxsin avtomobildə baş vermiş partayış nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə AzNews.az-a Baş prokurorluqdan məlumat verilib. Açıqlamada deyilir:

"Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır".

AzNews.az