Güllələnən müəllimin vəziyyəti açıqlandı

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

Aznews.az