- Hadisə
- 11:27
- 1 173
Daha üç həkimə plastik cərrah olmaq icazəsi verildi - ADLAR
Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.
Aznews.az xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 3 həkim-mütəxəssis əlavə olunub.
Siyahıya Əşrəfov Rauf Əşrəf oğlu, Ağayeva Aytac Məhəmməd qızı, Babazadə Nərmin Beydadaş qızı əlavə olunub.
Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.